“Amnesty İnternational” təşkilatı HƏMAS qruplaşmasını fələstinlilərin ölümündə günahlandırıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı BBC televiziyası yayıb.Televiziyanın məlumatına görə, HƏMAS bu fəaliyyətinə keçən ilin yayından etibarən başlayıb. Ələ keçirilən fələstinlilərin çoxu FƏTH hərəkatının üzvləridir.
Qeyd edək ki, FƏTH hərəkatı Yasir Ərəfat tərəfindən yaradılıb. O, uzun müddət HƏMAS-ın bölgədə əsas rəqibi rolunda çıxış edib.