Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 5-də Gümrüyə səfəri çərçivəsində Müdafiə naziri David Tonoyanın müşayiəti ilə Rusiyanın 102-ci hərbi bazasına gedib.
Axar.az xəbər verir ki, Paşinyan hərbi qulluqçlara yaradılan şəraitlə tanış olub.Hərbi bazanın muzeyini ziyarət edən Paşinyan Rusiya-Türkiyə müharibəsi dövrünə aid eksponatlara baxıb.
Səfərinin sonunda Paşinyan fəxri qonaqlar dəftərinə xatirə sözlərini yazıb.