Poroşenko əsəbiləşdi: Kişi ol, gizlənmə! - Video

Poroşenko əsəbiləşdi: Kişi ol, gizlənmə! - Video backend

Ukrayna Prezidenti Pyotr Poroşenko prezidentliyə namizəd Vladimir Zelenskini debatlar zamanı kişi olmağa və heç kimin arxasında gizlənməməyə səsləyib.

Axar.az xəbər verir ki, bu sözləri Poroşenko öz Feysbuk səhifəsində paylaşıb.

“Vladimir Aleksandroviç, sizinlə göz-gözə danışmaq yerinə yenidən obyektivdən müraciət etməyə məcburam. Qorxmayın, debatlar qorxulu deyil”, – deyə o bildirib.

O, həmçinin ilk dəfə deyil ki, siyasi opponentləri və güclü düşmənlərindən çağırışları qəbul etdiyini bildirib. Poroşenko həmçinin Zelenskinin ona şərt qoymasının doğru olmadığını deyib:

“Kişi olun, debatlara gəlin. Stadion istəyirsinizsə, stadion olsun. Mən gözləyəcəyəm”.

Qeyd edək ki, bundan öncə Vladimir Zelenski Poroşenkonu Kiyev stadionunda debata çağırıb. Poroşenko bu təklifi qəbul etdikdən sonra o, debatdan öncə prezidentin alkoqol və narkotik analizlərindən keçməsini istəyib. Poroşenko bu təklifi də qəbul edib. Belə ki, Poroşenko özəl tibb müəssisəsində analiz verəcək və nəticələr ictimaiyyətə açıqlanacaq.

Daha sonra isə Zelenski Baktivşina Partiyasının sədri Yuliya Timoşenkonun Poroşenko ilə debatda aparıcı olmasını təklif edib.

Xatırladaq ki, Zelenski prezident seçkilərinin birinci turunda 30,24%, Poroşenko isə 15,95% səs toplayıb. Bütün müşahidəçilər Poroşenkonun debata çıxacağı halda təcrübəsiz və siyasi proqramı olmayan Zelenskini ciddi məğlub edəcəyini və səsləri öz xeyrinə dəyişə biləcəyini proqnozlaşdırır.

Zelenski bu debatın ona çətin başa gələcəyini bilir və ən qeyri-adi şərtlər irəli sürür.