Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq niyyətində deyil.
Report xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin S-400 raketlərini almasını şərh edərkən Tvitter səhifəsində yazıb."Türkiyə seçim etməlidir. O, tarixin ən uğurlu hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyir, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir?" - deyə Pensin mesajında bildirilir.
Qeyd edək ki, bundan öncə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison Türkiyəni “Rusiyanın S-400 sistemlərinin alınmasından imtina etdiyi təqdirdə” NATO üzvü kimi görmək istədiyini bildirmişdi.