Türkiyə S-400 sazişi ilə bağlı öhdəliklərini yerinə yetirib, müqavilənin pozulma riski yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib."Bu günə qədər Türkiyə müqavilənin öhdəliklərinə sadiqliyini göstərir və razılaşmanı nizami şəkildə yerinə yetirir. Bunlardan savayı hər bir şey şayiədən ibarətdir", - Borisov deyib.
Qeyd edək ki, "Yeni Şəfəq" S-400 zenit raket komplekslərinin bəzi detal və avadanlıqlarının Türkiyəyə artıq təhvil verildiyini yazıb.