Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə bülletenlərinin yarıdan çoxu hesablanıb.
ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ukraynalı aktyor Vladimir Zelenski liderliyini qoruyur. Səslərin 55,50 faizinin hesablanmasına əsasən o, 30,25 faiz seçicinin dəstəyini qazanıb. Hazırki prezident Pyotr Poroşenko 16,54 faiz səs toplayıb. “Batkivşina” partiyasının lideri Yulya Timoşenko 13,09 faiz səs toplayaraq 3-cü yerdə qərarlaşıb.Ukraynada ötən gün prezident seçkiləri keçirilib.