Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçirilən bələdiyyə seçkilərində səs verəcəyi məktəb yolunda qəza baş verib.
REAL "Hürriyet"ə istinadən xəbər verir ki, qəza Kiçik Çamlıca Məhəlləsində Saffet Çebi məktəb yolunda olub. Boşluğa yuvarlanan avtomobil tüstülənməyə başlayıb. Maşındakı qadınların köməyinə məktəbdə olan cangüdənlər və polis əməkdaşları yetişib. Onların köməyi ilə yaralı sürücü və 3 nəfər qadın xəstəxanaya yerləşdirilib.Ərdoğanın səs verəcəyi məktəbin yanında qəza, yaralılar var

