ABŞ F-35-i verməsə, Türkiyə Su-57 alacaq - Şok iddia

ABŞ F-35-i verməsə, Türkiyə Su-57 alacaq - Şok iddia backend

Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri alacağı təqdirdə ABŞ F-35 hərbi təyyarələrini Türkiyəyə satmaya bilər.

Ancaq Türkiyə də F-35 əvəzinə Rusiyadan Su-57 qırıcısını ala bilər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" yayıb. Məlumata görə, bəzi hərbi mütəxəssislər Rusiyanın S-57 qırıcısına ixrac lisenziyası verildikdən sonra Türkiyənin qarşısında sözügedən təyyarələri almaq üçün heç bir əngəl qalmayacağını söyləyiblər.

Qeyd edək ki, RİA növbəti həftələrdə Rusiya Prezidenti Vladimir Putinin S-57 qırıcısına ixrac üçün lazım olan lisenziyaya rəy verəcəyini bildirib.