Poroşenko Kremlə meydan oxudu: Ən müasir silahlar...

Poroşenko Kremlə meydan oxudu: Ən müasir silahlar... backend

Ukrayna ən müasir silahlar almağa hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko yerli mediaya açıqlamasında deyib. Dövlət başçısı bu yöndə ABŞ-la əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu dilə gətirib:

“Əməkdaşlığı genişləndirməyi hədəfləyirik. Birləşmiş Ştatlardan ən yeni silahlar alınacaq”.

Poroşenko onu da bildirib ki, Donbas cəbhə xətti tamamilə video-müşahidə altındadır.