Putini Ukraynaya müdaxiləyə Kiyevin özü təhrik edə bilər.
Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj deyib. Onun sözlərinə görə, prezidentliyə namizədlər və onların tərəfdarları arasında daxili ziddiyyətlər güclənərsə, Moskva bundan istifadə etməyə çalışacaq:“Əgər genişmiqyaslı toqquşmalar olsa, o zaman Putin Ukraynadakı situasiyanın stabilləşdirilməsi bəhanəsiylə ölkəyə müdaxilə edəcək. Ona görə bizim siyasi elita belə fəaliyyətlərin qızışdırılmamasına çalışmalıdır. Əks təqdirdə bununla Kremlin əlinə oynamış olacaqlar”.