İsrail hərbi hava qüvvələri Qəzza sektorunu yenidən bombalayıb. QAZİLER.AZ-ın Evronyus-a istnadla verdiyi məlumata görə, bu zərbələr həmin ərazidən atılan raketlərə cavab olduğu bildirilir.
Qəzza sektorundan atılan raketlərdən birinin İsrailin cənubunda yerləşən liman şəhəri Aşloda düşdüyü və dağıntılara səbəb olduğu deyilir. İtkilər barədə hələ ki, məlumat yoxdur.Regional Şuranın nümayəndəsinin bildirdiyinə görə, axşam saatlarında partlayış səsi eşidilib. Zərbələr Qəzza istiqamətindən endirilib.
Bu, bu il ərzində Müdafiə Sərhəddi Əməliyyatlarının dayandırılmasından sonra İsrail ərazisinə Qəzza tərəfindən endirilən ilk raket zərbələridir.
Sevda Əsgərova -QAZİLER.AZ