Obama: “Rusiya Ukraynada təcavüzünü artırır”

Obama: “Rusiya Ukraynada təcavüzünü artırır” backend

ABŞ prezidenti ilə NATO-nun baş katibi Ukrayna böhranını müzakirə ediblər.

ABŞ prezidenti Barak Obama NATO-nun baş katibi Jens Stoltenberg-lə görüşü zamanı Rusiyanı Ukraynaya dair get-gedə daha aqressiv mövqe tutmaqda günahlandırıb.
Çərşənbə axşamı Ağ Evdə görüşdən sonra hər iki siyasətçi bir daha qeyd ediblər ki, münaqişə tərəfləri, NATO baş katibinin sözlərinə görə, hələ də “sülhə yol” ola biləcək Minsk razılaşmalarına hörmət etməlidirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Obamanın sözlərinin şərhə ehtiyacı olmadığını bəyan edib, çünki Kremldə “artıq bu qəbildən bəyanatlar eşidiblər”.
ATƏT-in Donbasdakı missiyası çərşənbə axşamı məlumat verib ki, münaqişə tərəfləri daima Minsk razılaşmalarını pozurlar.
Qərb ölkələri də Rusiyanı, onun qoşunlarını Ukraynada hərbi əməliyyatlarda iştirak etdiyinə görə ittiham edirlər.

Mayın 16-da Ukrayna qoşunları tərəfindən saxlanan Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev hazırda Kiyev xəstəxanasında aldıqları xəsarətlərdən müalicə olunurlar.
Kiyev bildirir ki, Rusiya hərbçiləri tutulduğu məqamda xidmətdə olan hərbçilər qismində döyüş tapşırıqlarını yerinə yetiriblər. Moskva öz növbəsində həmin vaxta kimi rusiyalı hərbçilərin hərbi xidmətdən azad olduqlarını israr edir.
NATO-nun narahatlığı Prezident Obama həmçinin bəyan edib ki, NATO, Ukraynadan tutmuş İraqadək bir neçə bölgədən törənən təhlükələri nəzərə alaraq, öz qüvvələrindən nə dərəcədə səmərəli istifadə etdiyini düşünməlidir.

“Biz “İslam dövləti” ilə mübarizəni səmərəli əlaqələndirmək üçün və Liviyada baş almış problemlərin öhdəsindən gəlmək üçün NATO və terrorçuluqla mübarizə üzrə digər tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik, çünki, şübhəsiz, NATO-ya üzv ölkələrin bir çoxu Liviyada hökm sürən hərc-mərcliyin yayılması ehtimalından narahatdır”, - prezident deyib.

Fevralda Minsk danışıqları əsnasında Ukraynanın şərqində vəziyyətin tənzimlənməsi planı işlənib hazırlanmışdı.

Lakin münaqişə tərəfləri bir-birini müntəzəm olaraq atəşkəsi pozmaqda ittiham edirlər.

Münaqişə bölgəsində olan ATƏT müşahidəçiləri təsdiq edirlər ki, atışma müntəzəm şəkildə, bəzən Minsk razılaşmasına əsasən təmas xəttindən geri çəkilməli silah növlərindən baş verir.
Diaspora