Erməni nazir Elvinlə bağlı fikirlərinə görə ölümlə hədələndi

Erməni nazir Elvinlə bağlı fikirlərinə görə ölümlə hədələndi backend

Nazir: "Ermənistan onu Azərbaycana təhvil verməlidir"

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan azaraq Ermənistan ərazisinə keçmiş Azərbaycan vətəndaşı ilə bağlı səsləndirdiyi fikrə görə ölümlə təhdid olunur.

Bu barədə “Armenpress” məlumat yayıb.

Artak Zeynalyan bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdiyini təsdiqləyib. O bildirib ki, azaraq Ermənistan ərazisinə keçmiş Azərbaycan vətəndaşının ölkəsinə qaytarıla biləcəyi ilə bağlı açıqlamasından sonra bu barədə sosial şəbəkələrdə paylaşılan xəbərlərin altından yazılan şərhdə açıq ölüm təhdidi alıb.

Media naziri ölümlə hədələyən şəxsin 35 yaşlı Tavuş vilayət sakini olduğunu yazıb.

Qeyd edək ki, A. Zeynalyan brifinq zamanı bildirib ki, əgər Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimovun Ermənistan sərhədini keçməsində cinayət elementi yoxdursa və o öz xoşu ilə qayıtmaq istəyirsə, Ermənistan onu Azərbaycana təhvil verməlidir.