Türkiyədən Qəndildə əməliyyat: PKK liderləri məhv edildi, biri ağır yaralıdır

Türkiyədən Qəndildə əməliyyat: PKK liderləri məhv edildi, biri ağır yaralıdır backend

Türkiyə Silahlı Qüvvələri və Milli İstehbarat Təşkilatı (MİT) Şimali İraqda - Qəndildə hava əməliyyatı keçirib.

Axar.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.

Məlumata görə, əməliyyat zamanı PKK-nın lider heyətindəki terrorçular məhv edilib. MİT və TSQ-nın birgə əməliyyatı zamanı PKK lideri Cəmil Bayıkın köməkçisi Rza Altun, PKK-nın xarici əlaqələr üzrə cavabdehi “Navdar” kod adlı Mikayıl Özdəmir, PKK sözçüsü “Sərhat Varto” kod alı Əmrullah Dursun, Qəndil bölgəsi üzrə cavabdeh “Sinan Sor” kod adlı Əli Ağdaş da zərərsizləşdirilib.

Qaziler.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, PKK-nın Kandildə keçirdiyi əməliyyatda, PKK lideri Cemil Bayıkın yardımçısı Rıza Altun ağır yaralıdır. Onun aqibəti hələlik məlum deyil.