Rusiya Krıma nüvə silahı yerləşdirir – Kəşfiyyat

Rusiya Krıma nüvə silahı yerləşdirir – Kəşfiyyat backend

Rusiya nüvə başlıqlarını Krım ərazisinə köçürməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skivitski danışıb.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı artıq bu il nüvə döyüş başlıqlarının köçürülməsinə cəlb olunan birləşmələrin təlimlərə cəlb olunmasını aşkar edib.

Skivitski həmçinin Rusiyanın Cənub Hərbi Dairəsində yeni bir raket briqadası yaratdığını qeyd edib. Bu briqada “İsgəndər” və nüvə başlığı daşıya bilən, fəaliyyət radiusu artırılmış qanadlı raketlərlə təchiz ediləcək.