Ankarada Ərdoğan və Bağçalının ortaq mitnqi keçirilib

Ankarada Ərdoğan və Bağçalının ortaq mitnqi keçirilib backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə MHP lideri Dövlət Bağçalının ortaq mitinqi baş tutub.

Musavat.com xəbər verir ki mitnq hazırda Ankarada keçirilib. Mitnq başlamadan öncə Türkiyə prezidenti və Dövlət Bağçalı vətəndaşlarla birlikdə Ankarada Atatürk Mədəniyyət Mərkəzini ziyarət edib. Daha sonra meydana qayıdan Ərdoğan və MHP lideri meydandakı vətəndaşları salamlayıblar.

Mitnqdə çıxış edən MHP lideri "31 mart seçkiləri Ankara üçün uçurumdan öncəki son çıxış yoludur" deyə fikirlərini ifadə edib: "31 mart seçimləri yalanla doğru,saxtakarlıqla sədaqət, terroru sevənlərlə Türkiyə sevdalıları arasında ediləcək ən kritik seçimdir. Ya bəla deyəcəyik, ya da dövlətin çıxarları. Cümhur İttifaqı milli qürurun güvənidir. İnancım odur ki, Ankara yenə bacaracaq, yenə bir tarix yazacaqdır. Cümhur İttifaqı olaraq buna and içdik".

Dövlət Bağçalının ardından tribunaya çıxan Rəcəb Tayyib Ərdoğan ilk olaraq bu sözləri ifadə edib:" "Mən polislərdən meydanda neçə adam olduğunu soruşdum, mənə 450 min adamın olduğunu dedilər. Belə anlayıram ki, Ankara 31 Mart üçün hazırdır".

Onu da bildirək ki, mitnqdə Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan da iştirak edib.

Sözügedən mitnqi buradan izləyə bilərsiniz: