Yeni Zelandiyada 2 məscidə edilən silahlı sonra gələn ilk cüma günü müsəlmanlara dəstək üçün cümə azanı dövlət televiziyasından canlı yayımlanıb
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məscidə silahlı hücum zamanı həyatını itirənlər üçün bu ölkənin bütün şəhərlərində anma mərasimləri keçirilib.Yeni Zelandiyada dövlət televiziyası TVNZ və RNZ tərəfindən canlı yayınlanan mərasimlərdə cümə azanı canlı olaraq yayınlanıb. Azanın ardından terror qurbanları 2 dəqiqəlik sükutla yad edilib.
Silahlı hücumundan sonra gördüyü tədbirlər və terror qurbanları olan müsəlman vətəndaşlarına isti münasibətilə özünə rəğbət qazanan Yeni Zelandiyanın baş naziri Casinda Ardern Kraysçörç şəhərindəki Hagley parkındakı cüma namazına qatılıb.




