Latviya Silahlı Qüvvələri ölkə sərhədləri yaxınlığında Rusiyaya aid hərbi gəmi və sualtı qayıq müəyyən edib.
Axar.az xəbər verir ki, bu barədə Latviya ordusu rəsmi Tvitter hesabından məlumat yayıb:“Bu gün Latviya sərhədlərindən 5 mil (8 km) məsafədə Rusiyaya məxsus “Kilo” sualtı qayığı və hidroqrafik GS-66 gəmisi müəyyən edilib.
Qeyd edək ki, Ukrayna böhranı və Qərblə münasibətlərin soyuqlaşmasından sonra Rusiyaya məxsus hərbi gəmilər və qırıcılar tez-tez Baltikyanı ölkələrin sərhədlərini pozur.