İran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyat

İran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyat backend

İran Silahlı Qüvvələri Türkiyənin PKK-ya qarşı başlatdığı əməliyyatda iştirak etməyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Mehr” agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəsinə istinadən yayıb.

“Bazar ertəsi səhər Türkiyə PKK-ya qarşı hərbi əməliyyata başlayıb. Burada İran ordusu iştirak etməyib” – deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Türkiyə və İranın PKK-ya qarşı birgə antiterror əməliyyatları keçirəcəyini açıqlamışdı. İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari isə Soylunun bu sözlərini təsdiqləmişdi.