İran hakimiyyəti daxili bazarda benzinin qiymətini 40 faiz qaldırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Neft Məhsullarının Paylanması şirkətinin rəhbəri N.Sadjadi çıxış edib. O, yanacaqdoldurma məntəqələrində adi yanacağın bir litrinin 0,36 dollardan satılacağını bilidirib.Qiymətləri qaldırmaq qərarı 2016-cı ilin martında bitəcək maliyyə ilinin nəticələrinə görə 1.8 milyard əlavə gəlir gətirə biləcəyinə hesablanıb.
Yüksək keyfiyyətli benzinin bir litri 0,43 dollar, dizel yanacağı 0,11 dollar, aviasiya yanacağı isə 0,21 dollar olacaq.
Qeyd edək ki, bundan öncə İranda adi yanacağın bir litri 0,26 dollara satılırdı.