“Xristian terroru” ifadəsi nə qədər yanlışdırsa, “islam terroru” ifadəsi də o qədər yanlışdır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib. O, Yeni Zelandiyadakı teraktı pisləyib:“İslam terrorizmi” ifadəsi nə qədər yanlışdırsa, adı müsəlman olan birilərinin çıxıb terakt törətdiyində bunun islam və müsəlmanlarla əlaqələndirilməsi də yanlışdır. Adı, ideologiyası, xristian və ya yəhudi olan biri terakt törədəndə bunun bütün xristianlara və ya yəhudilərə aid olduğunu demək doğru olmaz. Biz bu tələyə düşməməliyik. Əslində teraktı törədənlərin də istədiyi budur. Bu gün islamın ad və şüarından istifadə edən İŞİD və Əl-Qaidə kimi terror təşkilatları var. Bunların qarşısında başqa dinlərin də adlarından və şüarlarından istifadə edən təşkilatlar var. Onsuz da istədikləri hər kəsin münaqişəyə girməsi və qarşıdurmanın yenidən alovlanmasıdır”.