Kerri Harfa yeni vəzifə verdi

Kerri Harfa yeni vəzifə verdi backend

ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri qurumun mətbuat katibinin müavini Maria Harfa yeni vəzifə verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı departamentin sözçüsü Con Kirbi verib. Onun sözlərinə görə, xanım Harf iyunun 1-dən yeni vəzifəsinin icrasına başlayacaq:

“Maria Harf iyunun 1-dən etibarən Dövlət Departamentinin rəhbəri Con Kerrinin yüksək səviyyəli strateji əlaqələr üzrə müşaviri vəzifəsini icra edəcək. Eyni zamanda, Harf İranla davam edən nüvə müzakirələri və digər mövzularda işini davam etdirəcək”.

Harfin yerinə isə Dövlət Departamentinin Avropa və Avrasiya üzrə məsul məsləhətçi müavini Mark Toner gətirilib.
Diaspora