Maduro xalqa müraciət etdi: Artıq vaxt çatdı…

Maduro xalqa müraciət etdi: Artıq vaxt çatdı… backend

Venesuela Prezidenti Nikolas Maduro müxalifətin etirazları ərəfəsində hökumət tərəfdarlarını fəal şəkildə müqavimət göstərməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə TASS yazıb.

“Mən Venesuelanın böyük xalq hərəkatına müraciət edirəm. Fəal müqavimət vaxtı gəlib çatdı”, - Maduro bildirib.

Qeyd edək ki, Venesuelada bu gündən etibarən müxalifət aksiyalarının yeni dalğası gözlənilir.