Paşinyan arvadı ilə Xankəndiyə gəldi: Qarabağ müzakirəsi

Paşinyan arvadı ilə Xankəndiyə gəldi: Qarabağ müzakirəsi backend

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.

Axar.az xəbər verir ki, həyat yoldaşı ilə birlikdə helikopterlə regiona yollanan Nikol Paşinyanı Xankəndi hava limanında qondarma “dqr”in rəhbəri Bako Saakyan və arvadı Anait Saakyan qarşılayıb.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan hökumətinin mətbuat xidməti Nikol Paşinyanın Qarabağa səfər edəcəyini və burada qondarma qurumun “təhlükəsizlik şurası”nın növbədənkənar iclasında iştirak edəcəyi açıqlanmışdı.

İclas zamanı ATƏT-in Minsk Qrupunun sonuncu bəyanatlarının müzakirə edilməsi gözlənilir.