Pakistanda 7 məhkum edam olunub

Pakistanda 7  məhkum edam olunub backend

Pakistanda ağır cinayətə görə 7 nəfər məhkum edam olunub. Edam Pencab və Beludcistan əyalətinin həbsxanasında baş verib. Məhkumların bəziləri qətldə, ikisi isə təcavüzdə günahkar bilinib. Ağır cinayətlərdə günahkar bilinən 7 məhbus çərşənbə günü Pakistanda edam olunub. Bu haqda QAZİLER.AZ saytı Geo Tv kanalına istinadla xəbər verir.

Keçən ilin 16 dekabrında Peşavari məktəbinə edilən hücumdan sonra 150 nəfər və 130 məktəbli həlak ölüb. Bundan sonra Pakistan höküməti terrorizm qarşı mübarizə planı qəbul edib.

Pakistanın baş naziri Nəvaz Şərif ölüm hökmünə qarşı moratoriumu ləğv etmək qərarına gəlib.

Martın 10-da Moratorium tamamilə çıxarılıb. Yerli KİV-in məlumatına görə, Pakistan həbsxanalarında ölüm hökmünə məhkum olunmuş 8000 məhbus var. Moratoriumun ləğvindən sonra 100 məhbus edam olunub.
Diaspora