Rusiya öz silahlarını heç kimə göstərmir, ancaq... - Cabarov

Rusiya öz silahlarını heç kimə göstərmir, ancaq... - Cabarov backend

Vaşinqtonun bütün təzyiqlərinə baxmayaraq, Ankara seçdiyi kursdan geri çəkilmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov çıxış edib.

"Türkiyə bir NATO ölkəsidir və ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir, eyni zamanda ittifaqda ikinci ən böyük orduya sahibdir, amma yenə də seçimini Rusiyanın havadan müdafiə sistemlərindən yana edib. Ankara S-400 sistemlərini almaqda son dərəcə qərarlıdır. Türkiyə avtoritar və ciddi bir ölkədir, onu xarici rəylərə inandırmaq çətindir. Rusiya öz silahlarını heç kimə göstərmir, ancaq tərəfdaşlarımız onların öz sinfinin ən yaxşısı olduğunu görür", - Cabarov qeyd edib.