ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı Türkiyəyə növbəti dəfə xəbərdarlıq edib.
Azvision.az “The Hill”ə istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi Çarlz Sammers “S-400” sistemlərini əldə edəcəyi təqdirdə Ankaranı ağır nəticələrin gözlədiyini, xüsusən də, müdafiə sferasında Vaşinqtonla əlaqələrin pisləşəcəyini bəyan edib.Sammers onu da bildirib ki, “S-400”lərin tədarükü Türkiyənin ABŞ-ın 5-ci nəsil “F-35” qırıcı təyyarələrinin və “Patriot” hava hücumundan müdafiə istemlərinin alışını riskə atır.