Almaniyada sovet dustaqların məzarları tapılıb

Almaniyada sovet dustaqların məzarları tapılıb backend

Almaniyanın qərbində ki Arnsberq meşəsində İkinci Dünya Müharibəsi zamanı güllələnmiş SSRİ və Polşa dustaqlarının məzarları aşkar olunub.

ONA-nın RBK və alman KİVlərinə istinadən yaydığı xəbərə görə, Zauerlend regionunda güllələnməni təsdiqləyən 400-dən artıq əşya-dəlil tapılıb.

Burada ayaqqabı, geyim parçaları, sovet dəmir pulları və digər əşyalar var.

Məlumata görə, güllələnənlərin çoxu qadın olub.