Ərdoğan ABŞ-ı etibarlı tərəfdaş kimi görmür - Rus ekspert

Ərdoğan ABŞ-ı etibarlı tərəfdaş kimi görmür - Rus ekspert backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və NATO-nu etibarlı partnyor kimi görmür.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının siyasət elmləri üzrə mütəxəssisi Sergey Sudakov deyib.

“O, (Ərdoğan) ABŞ-ın “parçala və hökm sür” prinsipi ilə hərəkət etdiyini çox yaxşı bilir. Türkiyənin S-400 sistemlərini alacağı ilə bağlı qətiyyətindən sonra Ankara müxtəlif bəhanələrlə ittiham edilməyə başlanıldı”, - deyə ekspert bildirib.

Sudakov həmçinin əlavə edib ki, Türkiyənin yaxın gələcəkdə NATO-dan çıxması ehtimalı yoxdur, lakin Ankara açıq şəkildə rusiyayönümlü siyasət yürüdür.