İki erməninin yazışmalarına görə Skayp rəhbərliyi Belçika məhkəməsinə çağırılıb. QAZİLER.AZ xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Maykrosoft korporasiyasının Skayp törəmə şirkətinin rəhbərliyi cinayətin araşdırılmasına kömək etməkdən imtina etdiyi üçün Belçika məhkəməsinə çağırılıb.
Belçikanın “Le Soir” qəzetinin yazdığına görə, müstəntiqlər internet-telefoniya servisinə 2012-ci ildə qanunsuz və oğurlanmış malların ticarəti ilə əlaqədar bir sıra cinayətlərin törədilməsində şübhəli bilinən iki Ermənistan vətəndaşının yazışmaları və zəngləri haqqında məlumatların verilməsi üçün sorğu ünvanlayıb.Lakin Skayp Belçikanın telekommunikasiya operatoru olmadığını əsas gətirərək, yerli qanunvericiliyin şirkətə şamil edilməli olmadığını bildirib və bunu etməkdən imtina edib.