Türk komandir əmr verdi: “Çaqqallara dar edin bu yerləri”

Türk komandir əmr verdi: “Çaqqallara dar edin bu yerləri” backend

Türkiyənin Hakkari bölgəsində təhlükəsizlik orqanları PKK terror qruplaşması ilə mübarizə tədbirləri çərçivəsində bahar əməliyyatlarına start verib.

Axar.az xəbər verir ki, bu barədə mahalın jandarma qüvvələrinin komandiri general Nuri Öztürk və polis idarəsinin rəhbəri Süleyman Suvat Dilbəroğlu danışıb.

Dilbəroğlu rabitə əlaqəsi vasitəsilə dağlıq bölgədə axtarış aparan təhlükəsizlik qüvvələrinə müraciət edib:

“Hamınızı gözlərinizdən öpürəm, təbrik edirəm. Allah yardımçınız olsun. Çaqqallara dar edin bu yerləri”.