Pakistan donanmasının verdiyi məlumata görə, səhər radələrində Hindistana məxsus sualtı qayıq Pakistan sularına daxil olub.
Avropa.info xəbər verir ki, Hindistan sualtı qayığının Pakistan sularına girməsinin qarşısı alınıb, sualtı qayıq hind sularına qayıdıb.“Modern texnologiyaya məxsus hind sualtı qayığının Pakistan donanması tərəfindən fərq edilməsi Hindistan donanmasının zərərinədir. Sülhü qorumaq üçün Hindistan sualtı qayığı hədəfə götürülməyib. Bu hərəkət Pakistanın sülh niyyətinin göstəricisidir” – Pakistan tərəfinin açıqlamasında belə deyilir.