Zərif buna görə istefa verdi – Qasımi təsdiqlədi

Zərif buna görə istefa verdi – Qasımi təsdiqlədi backend

Suriya lideri Bəşər Əsədin Tehrana səfəri barədə Xarici İşlər Nazirliyi xəbərdar edilməyib.

Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

Qasımi İran XİN-in rəsmi saytından Bəşər Əsədin ziyarəti ilə bağlı verdiyi yazılı açıqlamada nazirliyin bu təmaslarla əlaqədar məlumatlandırılmamasını tənqid edib.

“XİN bu ziyarətin heç bir mərhələsi ilə bağlı məlumatlandırılmayıb. Ziyarətin sonuna qədər nazirliyə məlumat verilmədi”, - Qasımi bildirib.

Qasımi Zərifin istefasının bu məsələ ilə bağlı olmasına dair iddialara da cavab verib:

“Zərifin istefasının səbəblərindən biri də XİN-lə bağlı bu cür koordinasiyasız vəziyyətləri idi. Ancaq əvvəl açıqlandığı kimi, cənab nazirin istefası şəxsi bir məsələ ilə bağlı olmamışdır. Zərifin cəhdləri XİN və diplomatik qurumların əsl mövqelərinə yüksəlməsi üçün idi”.