Təbrizin “Traktor” futbol klubunun oyunu zamanı saxlanılan 3 nəfər azadlığa buraxılıb.
Axar.az xəbər verir ki, ETTALAAT tərəfindən həbs edilərək Təbrizin təhlükəsizlik idarəsində saxlanılan azarkeşlər martın 4-ü azad edilib.Qeyd edək ki, Təbrizin “Traktor” futbol komandası ilə İsfahanın “Sepahan” klubu arasında martın 1-i baş tutan oyun zamanı alınlarında “Qarabağ” yazısı səbəbindən 3 nəfər saxlanılmışdı.
Oyun 2:0 “Traktor”un xeyrinə başa çatmışdı.