Türkiyədə 42 PKK terrorçusu təslim olub

Türkiyədə 42 PKK terrorçusu təslim olub backend

Bu ilin iki ayında 42 PKK terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, terrorçulardan 27-si aparılan təbliğat və izahat işləri nəticəsində təslim olub.

Nazir qeyd edib ki, Türkiyədə istehsal olunan milli texnologiyalar, o cümlədən pilotsuz aparatlar terrorçuların sığındığı yerlərin aşkarlanmasına əhəmiyyətli dərəcədə kömək göstərir.