“İslam dövləti” terror təşkilatı tam məhv edilib. Lakin Suriyada terrorçuluq üzərində qələbədən danışmaq tezdir.
Bu sözləri Küveytin “Kuna” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.O bildirib ki, Suriyada terrorçuların “yatmış” özəklərinin məhv edilməsi üçün işlər görülməlidir. Konkret olaraq Lavrov İdlib əyalətinin böyük hissəsinə nəzarət edən “Həyat Təhrir əş-Şam” terror təşkilatını nəzərdə tutduğunu bildirib.
O qeyd edib ki, İdlibdə durumun sabitləşməsində Türkiyə önəmli rol oynamalıdır./Virtualaz.org/