ABŞ prezidenti Donald Tramp ölkəsinin Orta Şərq siyasəti üçün xərclənən vəsaitdən danışıb
Qaziler.az-ın məlumatına görə, o, bu barədə Vaşinqtonda keçirilən konfransların birində açıqlama verib.Danışığının böyük bir hissəsini iqtisadiyyata və prezidentliyi dövründə imzalanmış kommersiya müqavilələrini ləğv etmək məsələlərinə ayıran Tramp ABŞ-ın Orta Şərq siyasətinə də qiymət verib.
ABŞ-ın başqa ölkələrə yardım etmədən əvvəl öz infrastukturunu yeniləməsinin vacibliyini vurğulayan Tramp Orta Şərqə xərclənən vəsaitin müsbət nəticə vermədiyini söyləyib.
Tramp: "Biz Orta Şərqə son 20 ildə 7 trilyon dollar xərclədik, amma işıqlarını söndürmədən təyyarəmizi endirə bilmirik. Bu çox pis haldır. 7 trilyon dollar xərclədik və enərkən işıqlarımızı söndürmək məcburiyyətindəyik"- dedi.
İraqda tikdirdiyi Ənbardakı əl-Əsəd hava bazasından fərəhlə danışan ABŞ prezidenti: "Eniş etdiyim hava bazası nə inanılmaz bir şeydir? Onu inşa edərkən 3 milyard dollar xərcləmişik. Iraqdan çəkilmək istəməməmin bir səbəbi də budur. Onu necə buraxasan ki?" - deyə söyləyib.