ABŞ Dövlət Departamentinin PKK-nı terrorçular siyahısında saxlamasına dair açıqlamasına Türkiyə XİN-in sözüçüsü Hami Aksoy münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Hami Aksoyun yazılı açıqlamasında deyilir:"ABŞ Dövlət Departamenti 1997-ci ildən bəri terror təşkilatı kimi tanıdığı PKK-nı xarici terror qurumları siyahısında saxladığını bəyan edib. PKK-ya qarşı mübarizənin davam etdirildiyini əhəmiyyətli sayırıq.
Müttəfiqimiz olan ABŞ-ın eyni münasibəti PKK-nın regiondakı əlavəsi olan PYD/YPG-yə də göstərməsini gözləyərik".