Keniyalı vəkil Obamanın qızına elçi düşüb

Keniyalı vəkil Obamanın qızına elçi düşüb backend

Keniyalı gənc vəkil Feliks Kiprono ABŞ prezidenti Barak Obamanın qızı Maliyaya elçi düşüb. Vəkil razılıq müqabilində 50 inək, 70 qoyun və 30 keçi təklif edib. Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə “The Nairobian” jurnalı xəbər verib.

Obamanın qızı ilə 2008-ci ildən maraqlandığını söyləyən təkəbbürlü gənc bildirib ki, ailəsi də bu işdə ona yardım etməyə hazırdır. F.Kiprono həmçinin ümid edir ki, Obama iyulda Keniyaya baş tutacaq rəsmi səfəri çərçivəsində özü ilə qızını da gətirəcək. Vəkil Maliyanın əcdadlarının torpağında ona evlilik təklifi etmək niyyətindədir.
Diaspora