Azərbaycana qarşı separatçılıq edən Fəxrəddin Abbaszadə təcridxanadan yoxa çıxıb

Azərbaycana qarşı separatçılıq edən Fəxrəddin Abbaszadə təcridxanadan yoxa çıxıb backend

Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda saxlanıldığı təcridxanadan yoxa çıxıb.

Modern.az xəbər verir ki, bu barədə “Amnesity İnternational” təşkilatından “Azadlıq“ radiosuna məlumat daxil olub.

Onun hazırda harada olması ilə bağlı heç bir məlumat yoxdur.

Məlumata görə, fevralın 27-də Baş Prokurorluqdan təcridxana rəhbərliyinə məktub gətirən şəxslər Fəxrəddin Abbaszadənin azad olunması barədə qərarın olduğunu deyiblər. Amma Abbaszadə naməlum istiqamətə aparılsa da, şəxsi əşyaları təcridxanada saxlanılıb. Sonradan Fəxrəddin Abbaszadənin vəkili də xəbəri təsdiqləyib.