Pakistan ümid edir ki, Hindistanla genişmiqyaslı hərbi konfliktdən qaçmaq mümkün olacaq, əks təqdirdə bu müharibə qarşılıqlı özünüməhvə səbəb olacaq.
Axar.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi deyib.“Ümid edirəm ki, bu savaş baş verməyəcək. Bu, qarşılıqlı özünüməhv anlamına gələr. Pakistan heç vaxt eskalasiyaya cəhd edib, düşmənçilik mövqeyi tutmaq istəmir”, – deyə o bildirib.