Dünya Azərbaycanlıları Assambleyası sədrinə yeni müşavir təyin edildi

Dünya Azərbaycanlıları Assambleyası sədrinə yeni müşavir təyin edildi backend

Bugün Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəhbərinin sərəncamı ilə Nicat İlyasov Dünya Azərbaycanlıları Assambleyası rəhbərinin milli azlıqlar və dini məsələlər üzrə müşaviri təyin olunub.

Qeyd edək ki, Nicat İlyasov diaspora sahəsində tanınan gənclərdəndi.

Qaziler.az bildirir ki, o, 1985–ci ildə Bakıda dünyaya gəlib. Gənc Demokratlar, Demokratik Azərbaycan Naminə Gənclər təşkilatlarının rəhbərliklərində təmsil olunub, bununla yanaşı o, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının da rəhbəri olub.

Bakı Dövlət Universitetinin tarix fakultəsinin regionsünaslıq-qafqazşünaslıq bölümünü , Gəncə Dövlət Universitetinin tarix fakultəsi üzrə magistr dərəcəsini bitirib. 10 ilə yaxındır ki, Rusiyanın Moskva şəhərində yaşayır.

Evlidir, iki övladı var.