Gül Ərdoğanın dəvətini rədd etdi

Gül Ərdoğanın dəvətini rədd etdi backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlunun iştirakı ilə mayın 30-da İstanbulda baş tutacaq mitinqə ölkənin 11-ci prezidenti olmuş Abdullah Gül qatılmayacaq.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gülün yaxın ətrafından əldə edilən məlumata görə, sabiq prezident bu qərarın nəyəsə işarə olmadığını və vəzifədən ayrıldıqdan sonra aktiv siyasi fəaliyyətlə məşğul olmaq istəmədiyini deyib.

Xatırladaq ki, bir müddət əvvəl Abdullah Gül Ərdoğanın yürütdüyü siyasəti tənqid edən açıqlama ilə çıxış etmişdi.
Diaspora