“Rusiya iqtisadiyyatının bərpa olunması ilə bağlı nə isə fikir söyləmək hələ çox tezdir”.
Axar.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Tayms” qəzeti çıxış edib.Qəzet Rusiya iqtisadiyyatı üçün ən ağır dövrlərin hələ qabaqda olduğunu iddia edib:
“Dünya bazarında neftin qiymətinin bərpa olunmasına baxmayaraq, Rusiya hələ də çətinlikləri geridə qoymağı bacarmayıb. Bundan başqa, Qərbin sanksiyaları da ona mənfi təsir edir. Hazırkı dövrdə Rusiyanın böyük şirkətləri üçün kəskin problemlər yarana bilər. Bu isə öz növbəsində həmin şirkətlərin Qərbdə yaranan borclarını ödəməsinə ciddi problem yaradacaq”.