Rusiya ABŞ-la konstruktiv dialoqa hazırdır, lakin özü ilə şagird kimi danışılmasına icazə verməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Vyetnam Televiziyası, Çinin Mərkəzi Televiziyası və “Phoenix” kanallarına verdiyi müsahibəsində deyib.“Vaşinqtondakı Rusiya ilə sərt siyasət tərəfdarları vəziyyətin yalnız pisləşməsini istəyir. Bir qədər əvvəl növbəti dəfə hansısa sanksiyalar tətbiq etdilər, ya da tətbiq edəcəklər – artıq izləmirəm”, - Lavrov bildirib.