Rusiyanın Ukraynadakı konsulu Aleksey Qrubıy Kiyev hospitalında Donbasda yaralanaraq saxlanılan rusiyalı zabitlər Aleksandrov Aleksandra və Evgeniy Yerofeevə baş çəkib.
APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya səfirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda Rusiya vətəndaşlarının səhhətinin normal olduğu bildirilir. Xəstəxananı arxa qapıdan tərk edən konsul jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırıb.Saxlanılan rusiyalıların ukraynalı pilot Nadejda Savçenkoya dəyişdirilməsinin mümkünlüyü ilə bağlı suala qısa cavab verib: “İstintaq dövründə dəyişməkdən söhbət belə gedə bilməz”.
Qeyd edək ki, mayın 16-da ukraynalı hərbçilər Donbasda iki yaralı rusiyalı zabiti saxlayıb. Rusiya Müdafiə Nazirliyi saxlanılan şəxslərin rusiyalı olduğunu təsdiqləyib lakin onların orduda xidmət etmədiyini qeyd edib.
Məhkəmə onlar barəsində həbs qətimkan tədbiri seçib.