Şanahan: Türkiyənin S-400 almasından narahatıq

Şanahan: Türkiyənin S-400 almasından narahatıq backend

ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahanla Türkiyə Müdafiə naziri Hulusi Akar arasında Vaşinqtonda baş tutan görüş zamanı Ankaranın Rusiyadan S-400 kompleksləri alması müzakirə olunub.

Axar.az xəbər verir ki, bu məlumatı Pentaqonun mətbuat xidməti yayıb. Görüş zamanı Şanahan Türkiyənin S-400-ləri almasından narahat olduqlarını deyib.

Qeyd edək ki, bundan öncə Türkiyə Müdafiə naziri Hulusi Akar S-400-lərin Türkiyədə oktyabr ayından etibarən yerləşdirilməyə başlayacağını bildirib.