Rusiyada orduya əmr verildi, helikopterlər havaya qaldırıldı

Rusiyada orduya əmr verildi, helikopterlər havaya qaldırıldı backend

Rusiyada genişmiqyaslı hərbi təlimlər start götürüb. ANS TV-nin məlumatına görə, təlimlərlə 12 min hərbi qulluqçu, 250 təyyarə və helikopter və 700 hərbi texnika iştirak edir. Rusiya Müdafiə Nazirliyi bu təlimlərin Silahlı Qüvvələrin tam hərbi hazırlığını yoxlamaq məqsədilə keçirildiyini bildirib.

Bu təlimlərin sentyabr ayında planlaşdırılan “Mərkəz-2015” Ümumrusiya təlimlərinə hazırlıq xarakteri daşıdığı qeyd edilib.

Qeyd edək ki, təlimlər 4 gün davam edəcək.
Diaspora