ABŞ qoşunlarını Suriyadan çıxardıqdan sonra 200 nəfərdən ibarət hərbçisini "kiçik sülhməramlı kontingent" qismində bu ərəb ölkəsində saxlamaq niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ağ evə istinadən "Reuters" məlumat yayıb."Tərkibində təqribən 200 nəfərin olacağı kiçik sülhməramlı kontingent bir müddət Suriyada qalacaq", - deyə agentlik Ağ evin mətbuat katibi Sara Sandersin bəyanatını sitat gətirib.
ABŞ prezidenti Donald Tramp dekabrın 10-da Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərar qəbul edib.