İran Səudiyyə Ərəbistanına nota verdi

İran Səudiyyə Ərəbistanına nota verdi backend

İranın Yəmənin paytaxtı Sanada yerləşən səfirliyinin yaxınlığında iki raketin düşməsi Səudiyyə Ərəbistanı elçisinin Tehranda Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb olub.

Axar.az xəbər verir ki, XİN-dən verilən açıqlamada səfirə nota təqdim olunduğu, diplomatların və diplomatik binaların toxunulmazlığı və təhlükəsizliyi mövzusunda xəbərdarlıq edildiyi bildirilib.

Xatırladaq ki, bununla da Tehran Ər-Riyada ikinci dəfədir ki xəbərdarlıq edir.
Diaspora